Pəhriz saxlaya bilməyənlər üçün yeni üsul: çənə kilidi... - FOTO

Yeni Zelandiyanın Otaqo Universitetinin tədqiqatçıları maraqlı bir cihaz hazırlayıblar. Cihaz piylənmə ilə mübarizə üçün maqnit çənə kilididir.
“Sherg.az” “Ntv.com”a istinadən xəbər verir ki, kilidi taxanların ağızları yalnız 2 millimetr açılır. Bu insanlar yalnız maye istehlak edə bilərlər.
İngiltərədəki elm adamları ilə birlikdə hazırlanan cihaz qatı qida istehlakının qarşısını alır. Dişlərə quraşdırılmış maqnit hissələr çənənin açılmasına mane olur.Tədqiqatda iştirak edən şəxslər maqnit kilidindən istifadə zamanı narahatlıq hiss etdiklərini və danışıqlarında problem yaşadıqlarını bildiriblər. Bəzi hallarda hətta utandıqlarını da söyləyiblər.Bəziləri sosial mediada cihazla əhaqəli xoş olmayan fikirlər səsləndirib. İnsanların əksəriyyəti maqnit çənə kilidini orta əsrlərdə işgəncə cihazları ilə müqayisə ediblər: “Maye pəhrizi saxlamaq üçün belə işgəncə cihazına ehtiyacımız yoxdur”.
Otaqa Universiteti sosial şəbəkələrdəki fikirlərə münasibət bildirib:
“Maqnit cihazı sürətli və ya uzunmüddətli bir kilo vermə vasitəsi deyil. Əməliyyata ehtiyacı olan və arıqlayana qədər əməliyyata girə bilməyən insanlara kömək etmək üçün hazırlanıb”.