Kurioz! - Nəvəsini götürməyə getdi, yanlış uşaqla evə döndü

İtaliyada nəvəsini uşaq bağçasından götürmək istəyən baba fərqinə varmadan yanlış uşağı evə aparıb. Hadisə Arezzo şəhərində baş verib.
“Sherg.az” “Sabah.com”a istinadən bildirir ki, yaşlı kişi təsadüfən uşaq bağçası yerinə yaxınlıqdakı körpələr evinin zəngini çalıb.
Adı açıqlanmayan babaya nəvəsi ilə eyni adı daşıyan, ancaq bir-iki yaş kiçik olan uşaq əmanət edilib.
Baba evə çatdıqdan sonra uşağın səhv verildiyi ortaya çıxdı. Evə fərqli bir uşağın gəldiyini anlayan ailə dərhal hərəkətə keçib. Yanlış uşağın
valideynləri qızlarını tapa bilmədikdə artıq polisə müraciət etmişdi. Yaşlı kişinin əsl nəvəsi isə uşaq bağçasından götürülməsini gözləyirdi.
Arezzo Bələdiyyəsi uşaq bağçasındakı müəllim və tərbiyəçi barəsində intizam istintaqı başladıb. Çünki qohumlar və ya baxıcılar uşağı götürmək üçün etibarnamə təqdim etməli və şəxsiyyətlərini elan etməlidirlər.