Bir gecədə dünyanın ən zəngin insanı oldu

ABŞ-da 20 dollar kriptovalyuta alan tələbənin pulu bir gecədə 1.2 trilyon dollara qədər artıb.
“Sherg.az” “Haberglobal.com”a istinadən xəbər verir ki, bir gün ərzində dünyanın ən varlı insanı olan Kristofer Villiamson əsl həqiqəti öyrənəndə isə böyük məyusluq keçirib. K.Villiamson: “Əvvəlcə hələ də yuxuda olduğumu düşündüm və telefonumu yerinə qoydum. Sonra xəyal qurmadığımı anladım və yenidən telefonumu götürüb yoxladım. Sevinc və həyəcanlandığım üçün yatağımdan yıxıldım”. 
Ancaq 20 yaşlı tələbənin sevinci qısa sürüb. Villiamson kripto sərvətini başqa bir hesaba köçürməyə çalışanda acı həqiqəti öyrənib. Qiymət artımının sistemdəki bir səhv səbəbindən olduğu meydana çıxıb. Şirkət hadisə ilə əlaqədar açıqlamasında sistemdə səhvlik olduğunu bildirib.