Pişiklərə komendant saatı tətbiq edildi

Avstraliyada pişiklərə küçəyə çıxmaq qadağası qoyulub.
“Sherg.az” “Ntv.com”a istinadən bildirir ki, oktyabrın 1-də qüvvəyə minəcək qadağa saatı pişiklər və digər ev heyvanlarının qorunmasına yönəlib.
Evlərindən ilk dəfə çıxan pişiklərə görə sahiblərinin 91 dollar, sonrakı komendant saatı pozuntularına görə isə 545 dollar cərimə ediləcəyi bildirildi.
Yerli hökumət bölgədə qeydiyyatda olan 7000 ev pişiyinin küçədə gəzməməli olduğunu, ancaq yaşayış bağında gəzə biləcəyini, lakin çölə çıxma bilməsinlər deyə çəpərlər tikilməlisinin vacibliyini qeyd edib.
Bəzi ekoloqlar tərəfindən müsbət qarşılanan qərar sakinlərin reaksiyası ilə qarşılanıb. Sakinlər isə pişiklərini bağda saxlamağa çalışdıqlarını, ancaq bəzi hallarda qonşularının bağçasına və ya küçəyə qaçdıqlarını söyləyiblər. Bu baxımdan tətbiq olunan cərimələrlə razılaşmayıblar.