102 illik əsər fantastik qiymətə satıldı    

İspaniyalı rəssam Pablo Picassoya aid kompozit rəsm əsəri ABŞ-ın Maine şəhərində bir evdə 50 il dolabda qaldıqdan sonra satılıb. 
"Sherg.az" "Sabah.com"a istinadən xəbər verir ki,  40 x 40 santimetr ölçüsündə olan rəsm 1919-cu il tarixli imzaya malikdir. 
New York Tarix Cəmiyyəti rəsmi Picassonun Londonda oynanan eyniadlı balet üçün səhnə pərdəsinə bənzərliyi səbəbindən tapılan əsərin də onun olduğunu açıqlayıb. Pərdə Nyu-Yorkda 2015-ci ildən bəri sərgilənir. Sənət əsərinin 150 min dollara satılıb. Lakin 50 il ərzində rəsmin kimin evində olduğuna dair məlumatlar açıqlanmayıb.