Papa xəstəxanaya yerləşdirildi

Katoliklərin ruhani lideri Papa Francis əməliyyat üçün İtaliyanın paytaxtı Romadakı “Agostino Gemelli” Poliklinikasına aparılıb.

“Sherg.az” “Ntv.com”a istinadən xəbər verir ki, Papanın yoğun bağırsağında simptomatik divertikulyar darlıq üçün əməliyyat keçiriləcək.

Vatikan Mətbuat Bürosunun direktoru Mateo Bruni jurnalistlərə açıqlamasında məlumatı təsdiqləyib:

“Bəli, Papa Francis dünən günortadan sonra “Agostino Gemelli” Poliklinikasına aparılıb və burada planlı simptomatik divertikulyar stenoz səbəbi ilə əməliyyat edilib”.

Qeyd edək ki, Papa Francis 2013-cü ildə Roma Papası seçildikdən sonra ilk dəfə xəstəxanada qalır.