Rekord: 10 dəqiqədə 76 sendviç yedi+Foto

ABŞ-da 4 iyul Müstəqillik Günü əyləncəsi çərçivəsində təşkil edilən sosiska yemək yarışmasında Coy Cestnut adlı şəxs 10 dəqiqədə 76 sendviç yeyərək dünya rekordunu qırıb.

“Sherg.az” “Haberglobal.com”a istinadən bildirir ki, rəqiblər hər il iyulun 4-də Coney Adasındakı dünyaca məşhur fast food şəbəkəsi olan “Nathans” tərəfindən təşkil edilən yarışmaya qatılıblar. 

Əvvəlki illərdə dəfələrlə çempionluq qazanan Cestnut 10 dəqiqədə 76 sosiska yeyərək 14-cü dəfə yarışmada qalib gəlib. Keçən il 75 sandviç ilə rekord qıran Cestnut 76 sendviç yeməklə rekordunu yeniləyib.