Dənizi zibilliyə döndərdilər

Koronavirusla əlaqədər müəyyən məhdudiyyətlərin aradan qalxmasından  dərhal sonra Konyaaltı sahilində sıxlıq müşahidə olunur.

Bu barədə “Sherg.az” “Habertürk”ə istinadən xəbər verir.

Bildirilir ki, dalğıclar dənizin dibinin zibiliyə döndüyünü deyiblər. İstirahətə gələnlər içinə daş atılmış butulka, nəm salfet və digər tullantıları dənizə atıblar.

Professor Mehmet Gökoğlu mövcud vəziyyətə görə təəssüfləndiyini deyib.