Dəyərsiz olduğu düşünülən tablo 7 milyon avroya satıldı

Fransız rəssam Jean Honore Fragonardın illərdir “əhəmiyyətsiz” olduğu düşünülən bir rəsm əsəri hərracda 7 milyon 680 min avroya satılıb.

“Sherg.az” “Sabah.com”a istinadən bildirir ki, əsər "A Philosopher Reading" (Oxuyan filosof) adlanır.

1732-1806-cı illər arasında yaşayan Fragonard, 18-ci əsrin əhəmiyyətli rəssamlarından biri sayılır. Rəsm əsəri 1768-1770-ci illər arasında çəkilib. Tablo Fransada yaşayan bir ailənin evində olub. Ailə bu günə qədər əsərin dəyəri barədə heç bir məlumata malik olmadığını söyləyib.