İt yoxa çıxdı, sahibi 7 il sonra tapdı - Fotolar

ABŞ-ın Florida əyalətində 2014-cü ildə yoxa çıxan it 28 iyun tarixində 1500 kilometrdən çox uzaq məsafədə olan Miçiqan əyalətində tapılıb.
“Sherg.az” “Sabah.com”a istinadən bildirir ki, “Sgt. Pepper” adlı it tapıldıqdan iki gün sonra sahibinə qovuşub.
Səlahiyyətli şəxslərin dediyinə görə, “Yorkshire Terrier” cinsli it 6 yaşında olarkən itib. Adı açıqlanmayan sahibi itinin tapıldığına dair onlayn elan görüb. Lakin elanı ondan öncə görən başqa biri heyvanın ona aid olduğunu deyərək iti götürüb. Talesiz itin sahibi isə bu barədə polisə məlumat verib. Səlahiyyətlilər 7 il öncə yoxan çıxan itin son 5 ildə Miçiqandakı bir ailədə yaşadığını söyləyib.