Antarktidada yeni bir bitki növü kəşf edilib

Hindistanlı alimlər Antarktidada pinqvin nəcisindən qidalanan yeni bir bitki növünü kəşf ediblər.
“Sherg.az” “Ntv.com”a istinadən xəbər verir ki, bitkiyə “Bryum Bharatiensis” adı verilib.
Qitədə altı aylıq bir ekspedisiya təşkil edən alimlər Hindistanın Antarktida Tədqiqat Stansiyası (Bharati) yaxınlığında tünd yaşıl bitki növlərini aşkar ediblər. Bitkilərin həyatda qalması üçün kaliuma, günəş işığına və suya ehtiyac duyduqlarını bildirən elm adamları vurğulayıb ki, əsas problemin sözügedən bitkinin bu bölgədə necə yaşamasıdır.
Tədqiqata əsasən, adıçəkilən bitki növü daha çox pinqvinlərin çoxaldığı ərazilərdə olur. Araşdırma qrupunda yer alan professor Feliks Bast bölgədə böyüyən bitki növlərinin azot tərkibli pinqvin nəcisi ilə sağ qaldığını dilə gətirərək, bu bitkinin yeni bir yosun növü olduğunu təsdiqləyib.