Bu balıqlar suda top kimi şişirlər - FOTOLAR

ABŞ-ın Minnesota əyalətinin Burnsville şəhərinin səlahiyyətliləri qızıl akvarium balıqlarını çaylara və göllərə atmamaları üçün xalqa xəbərdarlıq edbi.
“Sherg.az” türk mediasına istinadən bildirir ki, “Keller” gölünü işğal edən futbol topu ölçüsündə qızıl balıqları toplayan səlahiyyətlilər bu heyvanların ekosistemi zədələdiklərini söyləyiblər.
Burnsville şəhərinin sosial media hesabında xalqa çağırış edilib:“Xahiş edirik evdə saxladıqlarınız akvariumdakı qızıl balıqlarınızı göl və çaylara buraxmayın. Düşündüyünüzdən daha çox böyüyürlər, dibdəki çöküntüləri pozur və bitkiləri kökündən çıxarırlar. Eyni zamanda suyun keyfiyyətsiz olmasına səbəb olurlar.