Araşdırma: İqlim dəyişikliyinə görə heyvanların forması dəyişə bilər

Avstraliyada aparılan yeni bir araşdırmada qlobal iqlim dəyişikliyinin heyvanların orqanlarını dəyişdirə biləcəyi qeyd olunub.
“Sherg.az” türk mediasına istinadən bildirir ki, araşdırmada istiləşən dünya ilə uyğunlaşmaq üçün heyvanların qulaqları, dimdikləri və quyruğunun böyüyə və kiçilə biləcəyi ifadə edilib.
İstiləşən planetdə sağ qalmaq üçün bütün dünyada heyvanların daha böyük qulaqları, dimdikləri və quyruğu ola biləcəyi bildirilib. Elm adamları onilliklər ərzində heyvanların qlobal istiləşməyə necə uyğunlaşdığını araşdırıblar. Heyvanların orqanlarının qısa müddətdə sürətlə böyüdüyü, quşların isə ən çox forma dəyişən növ olduğu bildirilib. Avstraliyalı tutuquşu növlərinin, xüsusən kakato və qırmızı arxalı tutuquşuların dimdiklərinin 1871-ci ilə nisbətən 4-10 faiz uzandığı deyilir.