Dünyanın ən xəsis adamı: Qeyri-adi qənaətlər formaları...- FOTO

1834-cü ildə ABŞ-da dünyaya gələn Hetti Grin tarixdə ən xəsis adam olaraq Ginnesin Rekordlar Kitabına düşüb.
"Sherg.az" xarici mediaya istinadən xəbər verir ki,  Milyonçu olan Hetty Green oxuduğu qəzetləri atmırdı, yenidən satması üçün oğluna verirdi. Varlı Ned Grin ilə evlənmiş, lakin Ned iflas etdikdən sonra onu evdən qovmuşdu. "Wall Street ifritəsi" ləqəbi ilə tanınan Hetti oğlunun ayağı qırılan zaman pulsuz tibbi yardım axtarışı səbəbindən onun ayağı qanqrena olub və kəsilib. Sabun və isti suya qənaət edən Hetti həyatı boyu çox az sayda çimib. Çirkləndiyi bilinməsin deyə hər zaman qara paltarlar geyinərdi. Cırılan paltarları isə atmır, kəsərək köynək hazırlayırdı. O,  hətta xəsislikdən  eyni salfetdən bir neçə dəfə istifadə edirmiş. 200 milyon dollar sərvəti olan Hetti 81 yaşında 1 şüşə süd alan zaman qəpiyini qaytarmayan mağaza satıcısı ilə mübahisəyə girib, mübahisə zamanı o qədər əsəbləşib ki, infarkt səbəbindən ölüb.