Bığlarına 500 lirə xərcləyir

"Nə qədər ki, sağam kəsdirməyəcəm"

Türkiyənin Bayburt bölgəsində yaşayan Bayram Aslanhan “Bayburtlu Pala” ləqəbiylə tanınır. Bu ləqəbi ona 18 ildir qırxdırmadığı bığlarına görə verilib. “Şərq” “milliyet.com”a istinadən bildirir ki, hazırda Bayram Paşanın bığlarının uzunluğu 1 metr 15 santimetrdir. 

Bayram Aslanhan bığlarına qulluq üçün hər ay 500 lirə pul sərf edir. B.Aslanhan 18 il əvvəl atası vəfat etdikdə bir müddət üzünü qırxmayıb, bığları da uzanıb. Sonra uzun bığlar xoşuna gəlib və sadə bir maraqdan bığlarını uzatmağa başlayıb. Bircə dəfə bığını kəsmək istəyib, o zaman da ətrafdakıların etirazını eşidib. 

O gündən bu günə bığlarına qayçı dəymir. Amma bığlarına qulluq edir. B.Aslanhan deyir ki, nə qədər ki sağdır, bığlarını kəsdirməyəcək: “Bir dəfə  bığımı kəsdim, ətrafdakılar, “Bayram abi, niyə bığlarını kəsdin, biz səni belə tanımışıq, belə sevirik”, dedilər. Mən də qərara gəldim ki, nə qədər sağam, ömrümün sonunadək bığlarımı kəsməyəcəyəm. Mən öləndən sonra nə edirlər, etsinlər ”.

  Bayram Aslanhanın bığlarına qulluq göstərən bərbər Şərəf Şık da bu işdən zövq aldığını söyləyib.