"Parkda işləmək həyatıma məna qatdı"


90 yaşında işə başladı, 100 yaşında təqaüdə çıxdı

ABŞ-da qəribə hadisə baş verib. “Şərq” “NTV.com.tr”yə istinadən xəbər verir ki, Kaliforniya ştatında Milli Parkda mühafizəçi işləyən 100 yaşlı Betti Reid Soskin təqaüdə göndərilib.  Maraqlı olan budur ki, Betti mühafizəçi vəzifəsində cəmi 10 il əvvəl çalışmağa başlayıb. 

90 yaşında işə qəbul olunub, 10 il sonra - 100 yaşında isə təqaüdə göndərilib. Kaliforniyadakı bu park mülki əhalinin II Dünya müharibəsindəki çalışmaları və təcrübələrini gənc nəslə çatdırmaq məqsədi daşıyır. 

Parkda işə düzələn Betti də parkın ziyarətçilərinə müharibə dövründə qazandığı təcrübədən, insanların yaşadığı faciələrdən, həmçinin öz həyatından da bəhs edirmiş. 100 yaşlı qadın “parkda işləmək ahıl yaşımda həyatıma məna qatdı”- deyib.

  Park müdürlüyü Bettiyə təşəkkür edib və ona təqaüdçü həyatında hüzur diləyib.