Dünyanın kiçik inəyi...

Sahibi Rekordlar Kitabından gələcək cavabı gözləyir

“Ginnessin Dünya Rekordlar Kitabı”na daha bir namizəd var. Bu, boyu cəmi 58 santimetr olan inəkdir. Bu barədə “NTV.com.tr” məlumat yayıb. Məlumatda bildirilir ki, kiçik inəyin Vətəni Pakistanın Karaçi şəhəridir. İnəyin adı “Queen”dir. Sahibi onun dünyadakı inəklər arasında ən kiçik boylu olduğunu iddia edərək “Ginnesin Rekordlar Kitabı”na müraciət edib.

 Sahibi “Queen”in dünyada hazırda yaşayan inəklər arasında ən balaca boylu olduğunda israrlıdır. İnək bu günlərdə Karaçi şəhərində nümayiş olunub. Bəzəkli inəyin boyu dəqiq ölçülərək qeydə alınıb. Sahibi isə Rekordlar Kitabından gələcək cavabı gözləyir. Bundan əvvəl dünyada ən balaca boylu inək Banqladeşdəki “Rina” adlı inək olub. Lakin o, tələf olduğundan “ən balaca boylu inək” titulu sahibsizdir. Hazırda “Queen”  bu ada iddialıdır.