“Mələk geri döndü”

Adriana Lima kamera qarşısına keçdi
  
  Üçüncü övladı dünyaya gəldikdən sonra bir müddət iş həyatından uzaqlaşan braziliyalı məşhur model Adriana Lima yenidən kamera qarşısına çıxıb. Model karyerasında önəmli yer tutan geyim markası “Viktoria Sekret”in reklamına çəkilib. Uzun fasilədən sonra Adriana Lima dekabr ayında podiuma çıxmışdı və izləyicilərini qüsursuz bədən forması ilə məftun etmişdi. Bu dəfə isə o, məşhur geyim markasının libaslarını reklam edib. Sevənləri onun “Viktoria Sekret” üçün kameralar qarşısına keçməsini “mələk geri döndü” sözləri ilə ifadə ediblər. Sarı şifon libas geyinən Adriana Lima markanın "Heavenly" adı verilən ətrini reklam edib. Adriana Lima həmçinin FİFA-nın “qlobal tərəfdar elçisi”dir. A.Lima “Viktoria Sekret” haqqında “bu marka artıq mənim ailəm kimidir”, söyləyib və yenidən podiuma dönməsindən məmnunluğunu ifadə edib.