Eyni gündə 100 nəfər evləndi


İcma daxili vəsaiti hesabına hər il belə toplu nikah mərasimləri düzənləyir 

  Bu möhtəşəm hadisə Güney Afrikada yaşanıb. “Şərq” “NTV.com.tr”yə istinadən bildirir ki, Güney Afrikada yüzlərlə gəlin və bəy eyni gündə rəsmi nikaha daxil olub. Toplu nikah mərasimi Pasxa bayramı gününə təyin edilib. Evlənənlərin kəbini 1962-ci ildə inşa edilmiş Beynəlxalq Pentekost Kilsəsində kəsilib. Bu kilsədə ildə 3 dəfə toplu nikah mərasimləri düzənlənir. Dekabr ayında, Pasxa bayramında və kilsənin inşasının ildönümündə - sentyabr ayında. Toplu nikah mərasiminin keçirildiyi Güney Afrikanın paytaxtı Johannesburqda adətə uyğun olaraq evlənməyə hazırlaşan gəlinlər və bəylər ağ, evli cütlüklərsə rəngbərəng libaslar geyinir. Pasxa bayramında Güney Afrikadakı Müqəddəs Hamsin Kilsəsində də toplu nikah mərasimi düzənlənib, burada 400-dən artıq cütlük nikaha daxil olub. Sözügedən kilsənin 3 milyonluq icması var və icmadaxili vəsaiti hesabına hər il belə toplu nikah mərasimləri düzənləyir.