Dünyanın ən balaca iti


Pearl Ginnesin Rekordlar Kitabına düşüb

  Pearl hazırda dünayda yaşayan ən balaca itdir. 9,14 santimetr boyu, 2,7 santimetr uzunluğu ilə Pearl adı Ginnesin Rekordlar Kitabına salınıb. “Şərq” “NTV.com.tr”yə istinadən bildirir ki, “Chihuahua” cinsinə aid it 553 gram ağırlığındadır və o qədər kiçikdir ki, insanın ovcuna sıxışır. Onu hətta köynəyin cibində də daşımaq olur. Pearl adının Rekordlar Kitabına salınması asan olmayıb. Ondan əvvəl “birincilik” Milli adlı itin olub. Pearlın ondan daha qısa boylu  olduğu sübuta yetirildikdən sonra birinciliyi əldə edib. Pearl 2020-ci ildə ABŞ-nin Orlando ştatında 27 qram ağırlığında doğulub. Sahibi itinin bahalı qidalarla qidalandığını deyib. Pearl axşam yeməyində bahalı toyuq və somon balığı yeyir, “gözəl geyinməyi” sevir. Sahibi belə bir iti olduğu üçün özünü xoşbəxt sayır.