İnanılmazdır... - Qarışqalar yol çəkir, prospekt salır…

 Qarışqaların tərk etdikləri yuvalarının daxilində nələr olduğu ilk dəfə Braziliyada aşkarlandı. “Haber.Türk”ün veridyi məlumata görə, tədqiqatçılar qarışqa yuvasına 10 ton sement tökərək 3 gün gözləyiblər. 3 gün sonra 8 metr dərinliyində, 500 kvadrat metrlik əraziyə yayılmış “şəhərciklə” qarşılaşıblar. Braziliyalı tədqiqatçılar qarışqa yuvasında nələrin olduğunu gördükdə heyrətə gəlib. Burada magistral yollar, onlarla kəsişən əlavə çıxışlar, yollar, mindən artıq otaq olduğu görünüb. Həftələrlə davam edən tədqiqat qarışqaların nələr bacardığını üzə çıxarıb. Qarışqaların zəhməti sayəsində meydana gəlmiş bu nəhəng tikili əsl şəhəri xatırladır. Tədqiqatçılar insanların qarışqalardan hələ çox öyrənə biləcəyi, xüsusən şəhərsalmada qarışqaların təcrübəsindən istifadə edilməli olduğu fikrindədir.