Kralın şokolad heykəli hazırlandı


Heyət heykəlin ərsəyə gəlməsinə 130 saat sərf edib

  Böyük Britaniya Birləşmiş Krallığının hakimi, kral Çarlzın şokoladdan heykəli düzəldilib. Heykəli həykəltaraşlarla şokolad ustaları birlikdə hazırlayıb. Kralın üz cizgiləri, uniforması, hətta geyimi üzərindəki nişanlar da heykəldə dəqiqliklə əksini tapıb.  Heykəlin çəkisi 23 kiloqramdır. İngiltərədə məşhur olan şokolad ustası   Jennifer Lindsey-Clarkenin rəhbərliyi altında çalışan heyət heykəlin ərsəyə gəlməsinə 4 həftə, 130 saat sərf edib. Heykəlin düzəldilməsində 17 litrdən artıq ərimiş şokoladdan və müxtəlif növ şokoladlardan istifadə edilib. Heykəldəki “kralın” həyatdakı Kral Çarlza həddindən artıq bənzəməsi diqqətlərdən yayınmayıb və heykəltaraşlar belə uğurlu işə görə alqışlanıb. Xatırladaq ki, anası kraliça Yelizabetin ölümündən sonra nəhayət ki, Britaniya taxtına çıxan Kral Çarlzın tacqoyma mərasimi may ayına təyin edilib. Mərasim mayın 6-sı “Westminster Abbey” - Londondakı Müqəddəs Pyotr  Kilsəsində (abbatlıq) gerçəkləşəcək.