Şəhərdən kəndə köçdülər
Yusif Nəzərli
08:12 04.10.2022
Relaks
1592
Kirayə pulu əvəzinə pomidor verirlər
Bir zamanlar kənddən şəhərə uzanan köç dalğası son illərdə geri dönməyə başlayıb. Şəhərdə həyat şərtləri sərtləşdikcə şəhərlilər bölgələrə axın edir, şəhərliykən kəndliyə çevrilirlər. Amma heç də narazı deyillər, əksinə, nəhayət rahat həyat sürdüklərini, stresdən, əsəbdən uzaq olduqlarını, təbii ərzaqlarla qidalandıqlarını deyir, kənd həyatını seçdikləri üçün özlərini xoşbəxt sayırlar. “Şərq” “Milliyet.com”a istinadən xəbər verir ki, belə ailələrdən biri də Dikriş xanımla Mustafa bəydir. İkisi də İstanbulda dünyaya gəlib, böyüyüb, təhsil alıb, müəyyən iş yeri, əmək haqları olub. Lakin şəhərdə yaşamağın getdikcə çətinləşdiyini gördükdə, təbiət qoynuna sığınmağı üstün tutublar.
Karvan-maşınla Türkiyənin bölgələrini səyahətə çıxıblar, sonunda Çanaqqalada dayanmaq qərarına gəliblər. Burada əl-ələ verib kiçik, lakin rahat bir kənd evi inşa ediblər. Mustafa bəy deyir ki, bundan əvvəl kənd həyatı barədə heç bir bilgiyə sahib deyildi: “Təbiət qoynunda olmaq gözəldi. Amma kənd həyatının bəzi çətinliklərinə alışa bilməyəcəyimizi də fərq etdik. Məsələn, mal-qara qoxusu və milçəklərə dözə bilmirik. Ən yaxşısı torpaqla, əkib-becərməklə məşğul olmaqdır. Burada qəribə adət var. Kirayəşinlər ev sahibinə pul əvəzinə pomidor, bibər, nə yetişirsə, ondan verə bilir. Bir ağacın kölgəsində əyləşib qəhvə, çay içmək şəhərdə ticarət mərkəzlərini gəzməkdən çox xoşdur.
Biz də kənddə qalmağı, kənd sakini olmağı seçdik. Torpaq sahəsini 42 min lirəyə aldıq. İnşaata başladıq. 2 otaq, 1 salon, bir mərtəbəli ev tikdik. Evin inşası 135 min lirəyə başa gəldi. Yenə pul lazım olacaq, həyətə hasar çəkilməli, eyvan tikilməlidir. Kənddə yaşamağın da çətinlikləri var.
Məsələn, süfrəyə əyləşdikdə “aa, çörəyimiz yoxdu”, deyə bilməzsiniz, çünki çörək ala biləcəyiniz market yoxdur. Kənd həyatı sübh tezdən axşama qədər ehtiyacların tamamlanmasını başa çatdırmaq deməkdir” söyləyən Mustava bəy kənd camaatının pomidor, çiçək toplamağa getdiyini, toplanan məhsulun bazarda satıldığını dedi. “Kənd insanı doyurur”, deyən Mustafa bəy bura gəldiklərinə peşman olmadıqlarını, əksinə, bir neçə ildən sonra şəxsi təsərrüfatlarını böyüdüb gəlir əldə etməyə çalışacaqlarını da söyləyib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İsrail səfiri Ukrayna Xarici İşlər Nazirliyinə çağırıldı
01:17 28.04.2026
Dünya
"Fənərbaxça"nın baş məşqçisi Tedesko istefaya göndərilib
00:06 28.04.2026
Futbol
Rubio İranla razılaşmaya mane olan qüvvələrin adlarını sadalayıb
23:44 27.04.2026
Gündəm
Azərbaycan müdafiə naziri İtaliyaya rəsmi səfər edib
23:22 27.04.2026
Hərbi
KİV: NATO illik sammitlərdən imtina edə bilər
22:59 27.04.2026
Dünya
Tramp İranla bağlı məsləhətləşmələr aparacaq
21:42 27.04.2026
Dünya
Əraqçi ilə Putinin görüşü saat yarımdan çox davam edib
20:20 27.04.2026
Region
Premyer Liqa: "Turan Tovuz" "Zirə" ilə heç-heçə edib
20:04 27.04.2026
Futbol
Çexiyanın Baş naziri: Bugünkü forum əməkdaşlığımızı gücləndirəcək
19:55 27.04.2026
Siyasət
İlham Əliyev: Azərbaycanın maliyyə və iqtisadi vəziyyəti sabitdir
19:41 27.04.2026
Rəsmi
Qəbələdə Azərbaycan-Çexiya biznes-forumu keçirilib - YENİLƏNİB
19:35 27.04.2026
Siyasət
Əraqçi: ABŞ heç bir məqsədinə nail olmayıb
19:27 27.04.2026
Region
Şamaxıda yol qəzasında 4 nəfər xəsarət alıb
19:20 27.04.2026
Hadisə