Rusiyada vəziyyət pisləşdi: Yeni ştamm sürətlə yayılır

Rusiyada koronavirusun Hindistan ştammı sürətlə yayılır.
Bu barədə “Sherg.az” “Haberglobal”a istinadən xəbər verir. Bildirilir ki, Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında ölkədəki durumun pis olduğunu etiraf edib. “Vəziyyətlə bağlı prezident Putinə vaxtaşırı məruzə edilir”- deyə, Peskov əlavə edib.
Baş nazir Mixail Muraşko isə xəstələr üçün yataqların sayının artırılacağını söyləyib.
Yoluxma sayının artması fonunda karantin tədbirləri yenidən sərtləşdirilib.