“Qapanmalara getmədən peyvənd olunmaq şərti qoyula bilər” - Video


"Dünyadakı tendensiyalar onu göstərir ki, bu gün artıq "Yaşıl keçid" deyilən plan alternativ olaraq sərt qapanmalara qarşı istifadə olunan metodlardan biridir. Bu, peyvəndlənmiş insanların cəmiyyətdə sayı artdıqca ola biləcək böyük dalğanın, hansı ki, həmin ölkənin artıq səhiyyə ocaqlarında yer yoxdur və o məqamda tam qapanma yerinə “Yaşıl keçid” tətbiq olunur”.
Axşam.az xəbər verir ki, bu sözləri Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini Rəşad Mahmudov ARB24-də yayımlanan "Gündəm" verilişində deyib:

"Yəni məktəblər, restoranlar, ictimai məkanlar bağlanmır, lakin şərt qoyulur ki, yalnız peyvəndi olan insanlar bu məkanlara daxil ola bilər. Bu, həm epidemioloji vəziyyətin daha da pisləşməsinin qarşısını almağa, həm iqtisadi fəallığın dayanmamasına, həm də bu günə qədər ölkələrin almış olduğu iqtisadi zədələrin minimallaşdırılması üçün bir imkan yarada bilər.

Qapanmalar hər zaman bəlli bir limitin üzərində ehtimal olunur. Hər bir dövlət belə bir qərarı verə bilər. Dünən Avropanın ən aparıcı ölkəsi, səhiyyəsi inkişaf etmiş Fransa ilə bağlı belə bir qərar verildi. Bu, bizim kimi ölkələr üçün də keçərlidir. Amma mən inanıram ki, Azərbaycan cəmiyyəti hazırda 25 faizə yaxın olan tam peyvəndləməni qısa müddət ərzində 50 faizin üzərinə çıxararaq, hökümətin payız aylarına keçərkən ola biləcək böyük dalğalar qarşısında daha rahat qərar verməsi üçün imkan yaradacaq".