Daha bir naməlum xəstəlik yayıldı

Kanadanın Nyu-Brunsvik əyalətinin həkimləri, əvvəllər bilinməyən bir xəstəliyin regionda yayıldığını açıqlayıblar. 

Milli.Az xarici mediaya istinadla bildirir ki, ilk dəfə 2015-ci ildə qəribə bir xəstəlikdən danışmağa başlayıblar.

O vaxt sinir pozuntusu ilə əlaqəli yalnız bir neçə hal müəyyən edilib. Hazırda xəstələrin sayı onlarla nəfərdir. Bundan əlavə, altı ölüm hadisəsi qeydə alınıb.

Xəstəliyin yayılma coğrafiyası olduqca dardır. Daha çox Nyu-Brunsvik əyalətinin iki sahil bölgəsinin sakinləri həkimlərə müraciət edirlər

Mütəxəssislər sürətlə inkişaf edən əqli zəiflik və digər psixi pozuntuları aşkar edirlər.

Xəstələrin çoxu yuxusuzluq, görmə qabiliyyəti və hərəkətverici funksiyasının pozulmasından şikayətlənirlər.

6 ildir ki, həkimlər xəstəliyi müəyyənləşdirə bilmirlər. Həqiqət budur ki, hər dəfə xəstəlik özünü yeni əlamətlərlə göstərir.

Hətta yarılma proseduru problemi həll etməyə kömək etmir.