Daha 17 nəfər koronavirusdan vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1851 yeni yoluxma faktı qeydə alınıb, 402 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 17 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 369 853 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 339 327 nəfər müalicə olunaraq sağalıb, 5 170 nəfər vəfat edib, aktiv xəstə sayı 25356 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 695, ötən müddət ərzində isə ümumilikdə 4 220 135 test aparılıb.