Ciddi irəliləyiş yoxdur

Jurnalistin vəziyyəti ağır olaraq qalır

"Tanınmış jurnalist Elnur Əşrəfoğlunun 4 gündür ECMO dəstəyi davam edir". 
Bu sözləri "Şərq"ə açıqlamasında İdman Araşdırmalar Mərkəzinin sədri və Sportnet.az saytının baş redaktoru Elşən Məmmədov deyib. O vurğulayıb ki, jurnalistin vəziyyəti ağır olaraq qalmaqdadır: 

"Təəssüf ki, onun səhhətində ciddi irəliləyiş yoxdur. Onun vəziyyəti stabil ağırdır".

Qeyd edək ki, Elnur Əşrəfoğlu sentyabrın əvvəllərində koronavirusa yoluxub. Əvvəlcə ev şəraitində müalicə alan jurnalist daha sonra "Yeni Klinika"ya köçürülüb.

Aynurə