Amerikalı mütəxəssis: “"Delta" sonuncu ştamm ola bilər”

ABŞ-ın dərman və qida agentliyinin keçmiş sədri Skot Qotlieb koronavirusun Delta ştammının sonuncu dalğa ola biləcəyini deyib. Bu barədə “Sherg.az” “Haber Global”a istinadən xəbər verir. Bildirilir ki, o, bunu CNN televiziya kanalına müsahibəsində vurğulayıb.  
 “Delta gözlənilməz bir hadisə deyildi. Başqa bir ştammla immunitet sistemi çökməzsə, Delta son ştamm olacaq, amma kütləviləcək”- deyə, o bildirib.

 Ölkə əhalisinin 76 faizinin vaksinləşdiyini nəzərə çatdıran Qotlieb yoluxma sayının azalması üçün bu göstəricinin ən azı 80 faizə çatmalı olduğunu söyləyib.

Kənan Novruzov