Araşdırma: Süd yağı istifadə edən insanların ürək xəstəliyi riski aşağıdır



Beynəlxalq alimlər qrupunun yeni bir araşdırmasında daha çox süd yağı istifadə edən insanlarda ürək -damar xəstəlikləri riskinin aşağı olduğu ortaya çıxıb.
“Sherg.az” “Ntv.com”a istinadən xəbər verir ki, dünyada ən çox süd istehsalı və istehlakı olan ölkələrdən biri olan İsveçdə 60 yaşında olan 4150 nəfər üzərində yoxlama aparılıb. Araşdırma zamanı həmin insanların qanlarında süd məhsullarından olan yağ turşusu ölçülüb.
Araşdırma qrupu daha sonra İsveçdən əldə etdiyi nəticələri ABŞ, Danimarka və İngiltərədə təxminən 43 min adamı əhatə edən 17 digər araşdırma ilə birləşdirdikdən sonra cavabı təsdiqləyib.
Sidneydəki Corc Qlobal Sağlamlıq İnstitutunun baş elmi işçisi Matti Marklund araşdırma haqqında bu sözləri söyləyib:“Araşdırmamız göstərir ki, süd yağını azaltmaq və ya süddən tamamilə imtina etmək ürək sağlamlığı üçün yaxşı seçim deyil”.

Yeganə Bayramova