Dəniz və okean fotoqrafiyası: Suda yaşayanlara ciddi təhdid

 Dərinliklərdə hansı canlıların yaşadığını, suların dibində hansı sivilizasiyaların olduğunu bilmirik. Bir çoxumuz bu bilinməyən və öyrənilməmiş amillərdən qorxuruq.
“Sherg.az” türk mətbuatına istinadən sualtı fotoqrafiyaya aid maraqlı faktları açıqlayır.
Sualtı fotoqrafiya okeanın səssiz mübarizəsini, dənizin altında və üstündə okean və dənizlə əlaqəsi olan bütün heyvanlardan bəhs edən gözəllikləri və təəccüblü faktları izah edir.
Sualtıların qorunması, macəra və kəşfiyyat mövzularına əsas tutan “2021-ci il Okean Fotoqrafiyası” mükafatında yarışmanın missiyası "okeanın gözəlliyinə və üzləşdiyi təhdidlərə işıq saçmaq" olub. Çəkilən fotolar zamanlı üzə çıxıb ki, dənizə atdıqlarımız bir çox tullantılar suda yaşayan canlıların sağlamlığını ciddi şəkildə təhlükəyə atır.

 Yeganə Bayramova