Jirinovski ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib

Rusiya Liberal Demokratik Partiyasının sədri və Dövlət Dumasının deputatı Vladimir Jirinovski paytaxt Moskvanın Mərkəzi Klinik Xəstəxanasına yerləşdirilib.

“Report” TASS-a istinadən xəbər verir ki, 75 yaşlı siyasətçinin vəziyyəti ağır olaraq qiymətləndirilir.

Məlumata görə, o, artıq iki gündür xəstəxanadadır.