İspaniyada gücləndirici doza ehtiyacı müəyyən edən test yaradılıb

İspan alimləri insanın koronavirus peyvəndinin gücləndirici dozasına ehtiyacı olub-olmadığını tez bir zamanda müəyyən edən test yaradıblar.

"Report" TASS-a istinadən xəbər verir ki, layihənin hazırlanmasına Kanar adaları Universitet Xəstəxanasının iki mütəxəssisi cəlb olunub.

Test insanın hüceyrə toxunulmazlığının vəziyyətini və COVID-19 peyvəndinin gücləndirici dozasına ehtiyac olub-olmadığını müəyyən etməyə qadirdir.

Qeyd edilir ki, prosedur dəri reaksiyasını öyrənmək üçün xəstənin qoluna zülal hissəciyi olan məhlulun yeridilməsindən ibarətdir. Bu, müəyyən patogenə qarşı hüceyrə toxunulmazlığının olub-olmadığını göstərəcək.

Test üçün gözləmə müddəti inyeksiyadan sonra 12 ilə 48 saat arasındadır.