ABŞ alimləri Covid-19-un "qeyri-adi" simptomlarını paylaşıblar

ABŞ alimləri 2019-cu ilin son həftələrində Çində ortaya çıxandan sonra qlobal pandemiyaya çevrilən Covid-19-un "qeyri-adi" simptomlarını paylaşıblar.
"Sherg.az" "Cumhuriyet"ə istinadən xəbər veir ki, ABŞ-ın aparıcı səhiyyə ocaqlarından biri olan “Staten Island” Universiteti Xəstəxanasının həkimi Tomas Qut diqqətdən kənarda qalan koronavirus əlamətlərinin olduğunu açıqlayıb.
ABŞ mətbuatına danışan Dr. Qut, dörd fərqli əlamətin koronavirusa işarə etdiyini bildirib. O, həmin simptomları tinnitus, qıcolmalar, saç tökülməsi və bədəndə uyuşma kimi hesab edib:
“Tinnitus “Delta” variantında olduğu kimi əvvəlki variantlarda da aşkar edilib. Bu narahatlıq adətən bir neçə aydan sonra öz-özünə yox olur".