Yaşı 22-dən az olanlar energetik içki içməməlidir - Səhiyyə nazirliyi

Səhiyyə Nazirliyi 22 yaşdan aşağı olanları enerji içkilərini qəbul etməməyə çağırıb.

Nazirliyin məlumatında enerji içkilərinin gündəlik qəbulu normadan artıq olduqda ürək ritmini pozur:

"Hüceyrələrin artıq impulslardan oyanması baş verir və ürəkdə ciddi problemlər, ölümcül aritmiyalar yaranır".

Məlumatda qeyd olunub ki, bu içkilər uşaqların, yeniyetmələrin inkişafında da problemlər yaradır:

"22 yaşdan aşağı olanlar isə enerji içkilərini qəbul etməməlidilər. Enerjili içkiləri orqanizmdə D vitamininin mənimsənilməsinin qarşısını alır".