Koronavirusa 13 nəfər  yoluxub, 1 nəfər ölüb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 13 yeni yoluxma faktı qeydə alınıb, 10 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sherg.az-a   verilən məlumata görə, ötən sutka koronavirusdan bir nəfər dünyasını dəyişib.

Azərbaycanda indiyədək ümumilikdə 792 362 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 782 516 nəfər müalicə olunaraq sağalıb, 9 706 nəfər vəfat edib, aktiv xəstə sayı 140 nəfərdir.

Ölkədə son sutka ərzində 3 297, hazırkı dövrədək isə 6 769 897 test aparılıb.