Xəstəxanaya yerləşdirilən Peledən yeni xəbər var

Ötən gün San-Pauludakı xəstəxanaya yerləşdirilən əfsanəvi braziliyalı hücumçu Pelenin səhhətinin hazırda necə olduğu açıqlanıb.
Xəstəxanadan verilən məlumatda bildirilir ki, hazırda Pelenin kliniki vəziyyəti stabildir və onun yaxın günlərdə xəstəxanadan buraxılması nəzərdə tutulur.
Qeyd edək ki, üçqat dünya çempionu ötən ilin sentyabrında yoğun bağırsağındakı şişlə əlaqədar əməliyyat edilib.
Mənbə: Ge.globo