Bu şəxs 505 gün koronavirusla mübarizə aparıb və sonda...

İngiltərədə yaşayan bir şəxsin 505 gündür, koronavirusla mübarizə apardığı açıqlanıb.
“Sherg.az” "NTV"yə istinadən xəbər verir ki, adı açıqlanmayan şəxsin 2020-ci ilin əvvəlində koronavirusa yoluxduğu və 16 aydan çox virusla mübarizə apardıqdan sonra vəfat etdiyi bildirilib.
505 gün ərzində aparılan 50 testin hamısının müsbət çıxdığını bildirən həkimlər, sözügedən şəxsin ən uzun müddət qeydə alınan koronavirus xəstəsi olduğuna inandıqlarını bildiriblər.
London King's College və London Guy's and St Thomas Xəstəxanasının həkimləri edilən analizlərdə xəstənin immun sisteminin tamamilə çökdüyünü, xəstədə qalıcı infeksiya olduğunu bildiriblər. Vəziyyətin uzun Coviddən fərqli olduğunu ifadə edən Dr. Luke Blagdon Snell, vəziyyəti Avropa Klinik Mikrobiologiya və Yoluxucu Xəstəliklər Konqresində izah edəcəyini söyləyib.