SOS! – “Bağçalarda uşaqların qidalanması bərbad vəziyyətdədir”

Təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında bağçalardakı qida təhlükəsizliyindən danışıb. O qeyd edib ki yüzlərlə bağçada qidanın saxlanması və hazırlanması infrastrukturunda ciddi problemlər var: “Bu da özlüyündə müxtəlif həll yolları tələb edir. Bu istiqamətdə işlərimiz davam edəcək”.

Nazir diqqətə çatdırıb ki, uşaq bağçalarında qidalanma ilə bağlı ilkin monitorinq və müşahidələr davam edir:
“Qidalanma ilə bağlı sənədlər 1994-cü ildə təsdiq olunub və üzərindən uzun müddət keçib. Hazırda mütəxəssislər bu istiqamətdə iş görürlər. Nazirlik bir neçə il əvvəl internat tipli məktəblərdə qidalanma normaları və mexanizmlərini dəyişdirib. Bağçalarda model fərqlidir. , qida normalarının bəziləri müəyyən mənada məntiqli görünmür”.

Uşaq bağçalarının mərkəzləşdirilmiş şəkildə təmin olunmadığını deyən Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov "Sherg.az" a bildirib ki, bağçalara  mümkün qədər ucuz qidaların gətirilməsi problem yaradır.
 Üç il bundan öncə ATV telekanalı ilə aparılan telelayihə çərçivəsində bir neçə uşaq bağçasında olduq və uşaqların qidalanmasının bərbad vəziyyətdə olduğunu gördük. Düşünürəm ki , Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bununla bağlı ciddi iş görməli, dönüş yaratmalıdır.

 Bu reydlər zamanı KİV-lərin köməyindən geniş istifadə olunmalı, ictimai qurumlar və media ilə birlikdə işlər aparılmalıdır.Təəsüflər olsun ki, AQTA KİV-lərin imkanlarından səmərəli istifadə edə bilmir.
 
Dövlət qurumlarının apardığı yoxlamalar zamanı bağçaların və bağça müdirlərinin adlarınının çəkilməməsi işləri çətinləşdirir . Biz AİB olaraq bu hallarla razı deyilik". 

Nihat Müzəffər