Aİ meymunçiçəyinə qarşı peyvənd üçün bu şirkətə icazə verib

Avropa İttifaqı  meymunçiçəyi virusuna qarşı Danimarkanın “Bavarian Nordic” biotexnoloji şirkətinə peyvənd üçün icazə verib.
“Sherg.az” HaberGlobal-a istinadən xəbər verir ki, Avropa Dərman Agentliyi (EMA) də keçən həftə sözügedən peyvəndi tövsiyə etmişdi. Avropa Xəstəliklərin Qarşısının Alınması Mərkəzinin son məlumatlarına görə, indiyədək Aİ-nin 27 ölkəsində 8,697 yoluxma qeydə alınıb. İspaniya, Almaniya və Fransa ən çox yoluxma halı qeydə alınan ölkələrdir. Ən az yoluxma halları isə Bolqarıstan, Latviya və Slovakiyada aşkarlanıb.

Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatı iyulun 23-də meymunçiçəyi ilə ələqədar  beynəlxalq əhəmiyyətli fövqəladə  hal elan edib. ÜST indiyə qədər 75 ölkədən 16 mindən çox meymunçiçəyi yoluxmasını təsdiqlədiyini və 5 nəfərin virusa görə öldüyünü açıqlayıb.