Mətbəxlərimizdə məhsulların bişirilməsini və saxlanmasını asanlaşdıran bir çox məhsul var. Gündəlik həyatda tez-tez istifadə etdiyimiz bu məhsulların bəziləri sağlamlığımızı təhdid edir. Fərqində olmadan istifadə etdiyimiz bu məhsullar mətbəxinizdədirsə, dərhal atılmalıdır.
"Sherg.az"a xarici mediaya istinadən xəbər verir ki, bu məhsullardan biri streç, digəri isə yağlı kağızlardır.
Mətbəxdə yemək hazırlayarkən və hazırladığımız yeməkləri saxlayarkən istifadə etdiyimiz yan məhsullar olan streçlər düzgün istifadə edilmədikdə sağlamlıq üçün böyük təhlükə yaradır. Streçlər plastikdən hazırlanmış saxlama məhsullarıdır.
Tərkibində fillat olan streç filmlər hormon pozğunluqlarına səbəb olur. Bu maddə yemək isti ikən streç plyonka ilə təmasda olan zaman onun içinə keçir. Bununla da yeməyimizi isttifadə etdikdə özümüzdə bilmədən hormon pozğunluğuna səbəb olan filalatı bədənimizə qəbul edirik.
İstifadəsi üçün təhlükəli olan digər bir maddə isə soba qablarını bişirərkən istifadə etdiyimiz yağlı çörək kağızıdır. Çörək kağızlarının çoxu ağardılır. Ağartma prosesində istifadə edilən xlorun tərkibində olan dioksin orqanizmdə biokimyəvi pozğunluqlara səbəb olur və sağlamlığımızı təhlükəyə atır. Bu maddələrdən istifadə etmək istəyənlərin diqqətli olması lazımdır.
Mənbə: Haber Global