
Sosioloq: İradəsiz nikaha məcbur edilmə cinayət əməlidir
10:38 04.02.2025
Sosial
438
Əgər tərəflərdən biri nikaha məcbur qalırsa, bu artıq ailəli olmaq və biz olmaq demək deyil
İmişlidə qadının qaçırılmasının təfərrüatları məlum olub.
"Unikal"ın əldə etdiyi məlumata görə, qadın məcburi nikaha daxil olmaq üçün qaçırılıb.
Belə ki, oğlan evi qıza elçi düşüb. Qızın ailəsi isə evliliyə razılıq verməyib.
Bu səbəbdən oğlan dostları ilə birlikdə qızı qaçırıb.
Qeyd edək ki, İmişli Rayon Polis Şöbəsinə rayonun Boşçalılar kənd sakini olan bir qadının naməlum şəxslər tərəfindən oğurlanması barədə məlumat daxil olub. Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə həmin qadının olduğu “Mercedes” markalı avtomobil Salyan rayonu ərazisində müəyyən edilərək saxlanılıb, əməli törətməkdə şübhəli bilinən Elbrus Cəfərov, Vasif Məmmədov və İlkin Şirinov tutularaq istintaqa təqdim olunublar.
Faktla əlaqədar İmişli RPŞ-də cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.
Mövzu ilə bağlı "Sherg.az"a danışan sosioloq Lalə Mehralı söyləyib ki, əgər qadın qoşulub getməyibsə, iradəsi əleyhinə nikaha məcbur edilirsə, bu artıq cinayət tərkibli vəziyyət hesab olunur:

“Yəni həmin şəxslərə insan oğurluğuna görə cinayət işi açılacaq. Ümumiyyətlə insanlar buna necə cəsarət edirlər hələ də anlaya blmirəm. Ümumiyyətlə qarşı tərəfin nikaha razı olmadığını bilərək onu məcburi formada oğurlayıb nikaha məcbur etməyi özünə və qarşı tərəfə necə rəva görürlər?. Ailə elə bir müəssisədir ki, orada hər şey qarşılıqlı istək əsasında həyata keçirilməlidir. Əgər tərəflərdən biri nikaha məcbur qalırsa, bu artıq ailəli olmaq və biz olmaq demək deyil. Düşünürəm ki, hüquq mühafizə orqanları bununla bağlı öz işini görəcək. Ümumiyyətlə, bu cür qaçırılma və erkən nikaha məcbur etmə hallarında cərimələnərək azadlığa buraxılırlar. Cəriməni də qohum əqrəba kömək edərək bir yolla ödəyirlər. Xüsusilə erkən nikaha cəlb edilmə vəziyyətində cərimələnməklə yaxasını qurtara bilirsə, bu yola başqası da cəsarət edəcək. Qanunlar həbs imkanını tanıyırsa, elə qanuni yolla həll etmək lazımdır. Ona görə də bu cür vəziyyətlərdə hüquq mühafizə orqanlarının üzərinə böyük məsuliyyət düşür. Elə edilməlidir ki, insan oğurluğu və erkən nikah kimi cinayət törədənlər cərimə ilə yaxasını qurtara biləcəyini düşünməsinlər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azad edilmiş ərazilərdə daha 139 mina, 522 PHS aşkarlanıb
15:17 24.08.2026
Aktual
Peskov Paşinyana cavab verib
15:04 24.08.2026
Gündəm
Rusiya Gürcüstan üzərindən Ermənistana daşımaları dayandıra bilər
14:48 24.08.2026
Gündəm
Günə 77 qəpiyə “Nar”dan smartfon!
14:41 24.08.2026
Cəmiyyət
Xatəmi: İran Amerika ilə istənilən ssenari üzrə döyüşə hazırdır
14:03 24.08.2026
Dünya
Pakistan ordusunun feldmarşalı Trampa zəng etdi
13:24 24.08.2026
Gündəm
Məhkəmə Rüfət Səfərov barədə qərar verib
12:55 24.08.2026
Hadisə
Bəqai: Rəsmi Tehran Məkkə sazişinə qoşulmaqla bağlı təklif almayıb
12:42 24.08.2026
Gündəm
Sabah bəzi yerlərdə 40 dərəcə isti olacaq
12:38 24.08.2026
Ekologiya
Bakıda mənzilini yandıran şəxs saxlanılıb
12:28 24.08.2026
Hadisə
Elm dünyasını şoka salan kəşf: Yeni orqan aşkarlandı
11:57 24.08.2026
Sağlamlıq
Erling Haaland uzun sarı saçlarını kəsdirib
11:35 24.08.2026
Futbol