
Parlamentari: USAİD milli dövlətlərin məhv olunmasına çalışırdı
10:37 05.02.2025
Siyasət
442
ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) 1961-ci ildə yaradıldıqdan bəri dünyanın müxtəlif bölgələrində inkişaf proqramları, humanitar yardımlar və demokratiyanın təşviqi adı altında fəaliyyət göstərir. Lakin illər ərzində USAİD təkcə inkişaf layihələri ilə deyil, həm də suveren dövlətlərin daxili işlərinə müdaxilə etməsi, inqilablara sponsorluq etməsi və informasiya manipulyasiyası ilə gündəmə gəlib. Bir çox dövlət və siyasi ekspert USAİD-in fəaliyyətini Vaşinqtonun xarici siyasətinin yumşaq güc aləti kimi qiymətləndirir. Rəsmi olaraq USAİD inkişaf və yardım agentliyi kimi təqdim edilir. Müxtəlif ölkələrdə USAİD vasitəsilə maliyyələşdirilən media orqanları “müstəqil jurnalistika” adı altında dezinformasiya kampaniyaları aparır və cəmiyyətin siyasi proseslərə baxışını dəyişdirməyə çalışır. Müstəqil siyasət yeritdiyinə görə Azərbaycan daim USAİD tərəfindən maliyyələşdirilən hibrid təhdidlər və beynəlxalq dezinformasiya kampaniyaları ilə üzləşib. Lakin bu təzyiqlər heç zaman Azərbaycanın müstəqil xarici siyasətin yürüdülməsi yolundan döndərməyib.
Millət vəkili Azər Badamov “Sherg.az”a söyləyib ki, Trampın USAİD təşkilatının bağlanması ilə bağlı qərarı çox müsbət addımdır:

“USAİD ilk növbədə ABŞ-ın maraqlarını ifadə etmirdi və ancaq çirkin məqsədlər üçün pulların yuyulması ilə məşğul olurdu. USAİD təşkilatı demokratiyaya və inkişafa dəstək adı altında fəaliyyət göstərsə də, bir çox ölkələrdə sabitliyi pozmaqla milli dövlətlərin məhv olunmasına çalışırdı. Dövlətimiz USAİD-in Azərbaycanda fəaliyyətinə qadağa qoymaqla ölkəmizi təhlükələrdən qoruya bildi. Amma hansı ölkələrdə ki, dövlətin liderləri vaxtında addım atmadısa, o ölkələrdə məxməri inqilablar baş verdi və uzun illər qoruduqları milli dəyərlər məhv olundu. USAİD Cənubi Qafqaz ilə bağlı çirkin əməllərini həyata keçirməkdə davam edirdi. Belə ki, Ermənistanda inkişafa dəstək adı altında verilən maliyyəni iki dəfə artırararq 250 milyon dollara çatdırılmışdı ki, bu vəsaitlər də silahlanma üçün nəzərdə tutlmuşdu. Ermənistanı yenidən silahlandırmaqla regiondakı münaqişəni alovlandırmaq USAİD-nin hazırladığı planın tərkib hisssəsi idi. Həmçinin Gürcüstanda gəncləri maliyyələşdirməklə uzun müddətdir ki, etiraz aksiyaların davam etməsinə dəstək verirdi. Təbii ki, dövlətlərin daxili işlərinə qarşıması məqbul deyil və USAİD-in çirkin planlarının əsasında çirkli pulları yumaq və milli dövlətlri daxildən dağıtmaqdan ibarət olmuşdur. Trampın USAİD-lə bağlı qərarı bütün dünya ictimaiyyəti tərəfindən alqışlanmalıdır. ABŞ dövləti dövlət maliyyəsinin yersiz mənimsənilməsinə qarşı olmalı və Amerikanın milli maraqlarını ifadə etməyən USAİD kimi təşkilatların fəaliyyətinə yenidən baxılmalıdır”.
Oxşar xəbərlər
Həm Özbəkistan, həm də Azərbaycan üçün çox böyük və mühüm bir mərhələ başlayır -Şərh
21:44 23.08.2026
Rəsmi Daşkənd: Azərbaycan Prezidentinin Özbəkistana səfəri çərçivəsində çox mühüm sənədlər imzalanıb
17:27 23.08.2026
Daşkənddə Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib
16:42 23.08.2026
Xəbər lenti
Hamısına bax
Zelenski: “Şimal axını”nı Ukrayna partlatmayıb
22:02 23.08.2026
Aktual
Cəlilabadda tapılmış daş kürənin analiz nəticələri məlum oldu
21:21 23.08.2026
Tarix
“Mançester Siti”dən 18 ildən sonra ilk...
20:27 23.08.2026
Futbol
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi