“Brent” neftinin qiyməti son 4 ildə ilk dəfə 65 dollardan aşağı düşüb
Yusif Nəzərli
14:12 04.04.2025
İqtisadiyyat
480
Dünya bazarında neft qiymətlərinin azalması 7 %-i keçib, London Əmtəə Birjasında “Brent” markalı neftin 1 barelinin qiyməti 2021-ci ilin avqustundan bəri ilk dəfə 65 ABŞ dollarından aşağı düşüb.
“Report” bu barədə "İnterfaks"a istinadən xəbər verir.
Bakı vaxtı ilə saat 15:30-a olan məlumata görə, "Brent" neftinin iyun fyuçerslərinin qiyməti bir barel üçün 64,73 ABŞ dolları təşkil edib ki, bu da əvvəlki ticarətin bağlanışından 5,41 ABŞ dolları (7,71 %) azdır.
Nyu-York Əmtəə Birjasında (NYMEX) isə WTI markalı neftin may fyuçerslərinin qiyməti bu vaxta qədər 5,63 ABŞ dolları (8,41 %) azalaraq bir barel üçün 61,32 ABŞ dolları olub.
Hər iki müqavilə həftəni yarım il ərzində maksimum azalma ilə başa vurur. "Dow Jones" məlumatlarına görə, "Brent”in qiymətinin düşməsi 2022-ci ilin avqustundan, WTI-nin qiymətinin düşməsi isə 2022-ci ilin iyulundan bəri ən əhəmiyyətli olub.
“Goldman Sachs”ın analitikləri bu və növbəti illər üçün neft qiymətləri proqnozlarını aşağı salaraq, qeyd ediblər ki, ticarət müharibələrinin eskalasiyası səbəbindən qlobal tələbatın zəifləməsini, həmçinin OPEK+ ölkələrindən tədarükün artırılmasını gözləyirlər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp İranla danışıqlara kompensasiya tələbini daxil etdi
22:13 10.08.2026
Gündəm
Türkiyə sahillərində PUA olduğu ehtimal edilən obyekt aşkarlanıb
21:37 10.08.2026
Hadisə
İranda Silahlı Qüvvələrə 6 yüksək rütbəli komandan təyin edilib
21:20 10.08.2026
Gündəm
Ərdoğan Aİ-yə mesaj verdi: “Vizasız rejim hamının marağındadır”
20:54 10.08.2026
Gündəm
Rusiya Moldovaya xəbərdarlıq etdi: “Cavab veriləcək”
20:27 10.08.2026
Dünya
İranın dini lideri Əhməd Vəhidini SEPAH-a rəhbər təyin etdi
20:05 10.08.2026
Region
Raketlərimiz trayektoriyasını dəyişə bilir - SEPAH
19:53 10.08.2026
Dünya
Samuxda 17 yaşlı qız qardaşını xilas edərkən boğulub - YENİLƏNİB
19:44 10.08.2026
Hadisə
Evdə mərhələni adlayan tərəf biz olacağıq - "Sabah"ın futbolçusu
18:24 10.08.2026
Futbol
“İnsanlar yenidən nağda keçəcək” - HƏYƏCAN TƏBİLİ
18:23 10.08.2026
İqtisadiyyat