Hakan Fidan: Ukrayna məsələsində başqa həll üsulları gündəmə gətirilməlidir
Yusif Nəzərli
20:17 09.04.2025
Siyasət
325
Türkiyənin Xarici işlər naziri Hakan Fidan bildirib ki, ABŞ-nin Ukrayna ilə bağlı təklif etdiyi atəşkəs müsbət haldır, lakin bu cür razılaşmaların icrasını çətinləşdirən bir sıra məqamlar və reallıqlar var.
Teleqraf xəbər verir ki, nazir CNN Türk-ə açıqlamasında belə deyib.
O vurğulayıb: "Düşünürəm ki, atəşkəs çağırışı çox dəyərlidir. Amerikanın sadə atəşkəs çağırışını avropalılar, xüsusilə də Ukrayna tərəfindən qəbul edilən reallığa çevirməsi çox müsbət haldır. Amma bunu praktikada həyata keçirməkdə bəzi çətinliklər var. Yəni, Tramp atəşkəs istiqamətində müəyyən addımlar atdı, lakin bunu edərkən, o, bəzi məqamlar və müəyyən reallıqlarla qarşılaşdı" .
Fidan hesab edir ki, reallıq, bəlkə də başqa həll üsullarını gündəmə gətirməyi tələb edir: "Amma inanıram ki, atəşkəs iradəsi qaldıqca, müsbət dəyişikliklərə ümid etmək olar. Rusiyanın atəşkəslə bağlı öz fikirləri var. Ukraynanın isə, əlbəttə ki, öz mülahizələri var. Hər iki tərəf müzakirələr aparır və narahatlıqlarını ifadə edir. Mən vurğulamaq istərdim ki, bu müzakirələr yeni başlayıb. Müharibə uzun müddətdir ki, amma ciddi mənada danışıqlar təzəcə başlayıb".
Türkiyəli nazir onu da qeyd edib ki, ola bilsin ki, “Amerika və Avropa İttifaqı danışıqlara, xüsusən də sanksiyalar mövzusunda yeni meyar gətirə bilər”. Bu mövzuda danışıqların başlanması, Fidanın fikrincə, "müzakirəni uzunmüddətli sülh məsələsinə gətirib çıxarmağa" şərait yaradır, hərçənd, ilk növbədə "atəşkəs haqqında razılaşmalar əldə etmək lazımdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: Si Cinpin İrana silah göndərilməyəcəyinə təminat verib
20:48 19.05.2026
Gündəm
Demet Özdemir Kann festivalında diqqət mərkəzində oldu
20:44 19.05.2026
Şou
Tramp Kuba ilə razılaşmanın mümkün olduğunu deyib
20:28 19.05.2026
Dünya
Tramp Ağ Evin damına dron yerləşdiriləcəyini bildirib
20:19 19.05.2026
Gündəm
NATO Hörmüz boğazında gəmiçiliyi bərpa etmək istəyir
20:07 19.05.2026
Gündəm
Putin Çinə səfər edib
19:56 19.05.2026
Dünya
Tramp: Onlara daha bir böyük zərbə vurmalıyıq
18:59 19.05.2026
Dünya
ABŞ Avropadakı hərbçilərin sayını azaltmaqda davam edəcək
18:50 19.05.2026
Dünya
Goranboyda iki qadın qətlə yetirildi
18:18 19.05.2026
Hadisə
WUF14 2028-ci ildə Mexikoda keçiriləcək
18:02 19.05.2026
Dünya
Bakıda Xəzərlə bağlı xəbərdarlıq: Ciddi təhlükə...
17:26 19.05.2026
Cəmiyyət
Ermənistan baş nazirliyinə namizəd FSB əməkdaşı çıxdı - FOTO
17:24 19.05.2026
Region
Hörmüzdəki risklər dünyanın diqqətini Azərbaycana yönəldib - ŞƏRH
17:14 19.05.2026
Gündəm
ABŞ-nin İranda vuracağı hədəflər açıqlandı
17:03 19.05.2026
Gündəm