İndoneziya Prezidenti Türkiyəyə səfər edib
Yusif Nəzərli
20:34 09.04.2025
Region
371
İndoneziya Prezidenti Prabovo Subianto türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Türkiyəyə səfər edib.
“Report” “Haber Global”a istinadən xəbər verir ki, Ərdoğan həmkarını hərbi hava limanında rəsmi mərasimlə qarşılayıb.
İndoneziya Prezidenti həmkarı ilə danışıqlardan əvvəl Türkiyə Böyük Millət Məclisində (TBMM) çıxış edəcək, sonra Prezidentin iqamətgahında Ərdoğanın qonağı olacaq.
Ərdoğan tərəfindən İndoneziya Prezidenti üçün rəsmi mərasim keçiriləcək. İki ölkə arasında təkbətək, nümayəndə heyətləri arası görüşlərdə Türkiyə və İndoneziya arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi istiqamətində atılacaq addımlar müzakirə olunacaq. Həmçinin qlobal və regional problemlər ətrafında fikir mübadiləsi aparılacaq. Toplantıda eləcə də müdafiə sənayesi, təhsil, din və təhlükəsizlik sahələrində də bir sıra sazişlər imzalanacaq.
Daha sonra iki lider birgə mətbuat konfransı keçirəcək.
Qeyd olunur ki, İndoneziya Prezidenti aprelin 11-13-də keçiriləcək Antalya Diplomatiya Forumunda da iştirak edəcək.
Ərdoğanın İndoneziya Prezidentini hava limanında təntənəli qarşılaması diqqət çəkən hadisə olub. Uzun müddətdir, dövlət başçılarını hava limanında təntənəli qarovulla qarşılamayan Ərdoğan, 11-13 fevralda Asiya turnesi zamanında özünün İndoneziya Prezidenti tərəfindən hava limanında qarşılanmasına bu dəfə belə qarşılıq verib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: Si Cinpin İrana silah göndərilməyəcəyinə təminat verib
20:48 19.05.2026
Gündəm
Demet Özdemir Kann festivalında diqqət mərkəzində oldu
20:44 19.05.2026
Şou
Tramp Kuba ilə razılaşmanın mümkün olduğunu deyib
20:28 19.05.2026
Dünya
Tramp Ağ Evin damına dron yerləşdiriləcəyini bildirib
20:19 19.05.2026
Gündəm
NATO Hörmüz boğazında gəmiçiliyi bərpa etmək istəyir
20:07 19.05.2026
Gündəm
Putin Çinə səfər edib
19:56 19.05.2026
Dünya
Tramp: Onlara daha bir böyük zərbə vurmalıyıq
18:59 19.05.2026
Dünya
ABŞ Avropadakı hərbçilərin sayını azaltmaqda davam edəcək
18:50 19.05.2026
Dünya
Goranboyda iki qadın qətlə yetirildi
18:18 19.05.2026
Hadisə
WUF14 2028-ci ildə Mexikoda keçiriləcək
18:02 19.05.2026
Dünya
Bakıda Xəzərlə bağlı xəbərdarlıq: Ciddi təhlükə...
17:26 19.05.2026
Cəmiyyət
Ermənistan baş nazirliyinə namizəd FSB əməkdaşı çıxdı - FOTO
17:24 19.05.2026
Region
Hörmüzdəki risklər dünyanın diqqətini Azərbaycana yönəldib - ŞƏRH
17:14 19.05.2026
Gündəm
ABŞ-nin İranda vuracağı hədəflər açıqlandı
17:03 19.05.2026
Gündəm