
5 yaşa qədər olan uşaqların əksəriyyəti bu virusa yoluxur - Professor
10:59 08.07.2024
Sağlamlıq
730
Azyaşlılarda xəstəlik başlayan andan diqqət etmək lazımdır
Son günlər əhali arasında rotavirus və göz xəstəlikləri ilə bağlı şikayətlər çoxalıb. İnsanlar qarın boşluğunda ağrılar, yüksək hərarət, uzun müddət davam edən qusma, ishal, həmçinin gözlərdə konyuktivit əlamətləri ilə xəstəxanalara müraciət edirlər.
Bu barədə İctimai TV süjet hazırlayıb.
İnfeksionist Aygül Əhmədovanın sözlərinə görə, həm uşaqlar, həm də böyüklər arasında yayılan rotavirus infeksiyasının sağalma müddəti 10 günə qədər davam edir. Xəstəxanaya müraciət edən hər 10 nəfərdən 3-4-ü bu xəstəlikdən əziyyət çəkir.
O qeyd edib ki, xəstə müalicə ilə yanaşı, çoxlu maye də qəbul etməlidir.
Həkimlər, həmçinin gözlərdə quruluq və konyuktivit əlamətlərinin də geniş yayıldığını bildirirlər. Xüsusən də, bu xəstəliklə təkrar müraciət edənlərin sayı çoxdur. Xəstəliyin artmasına isti havanın da təkan verdiyi vurğulanır.

Tibb elmləri doktoru professor, Adil Qeybulla "Sherg.az"a bildirib ki, roto virus mədə-bağırsağı zədələyən, xəstələrdə diareya və qusma törədən virus xəstəliyidir:
“Bu virusun təxminən 9 növü var. İnsanlarda əsasən 3 növü, yəni A, B və C virusları xəstəlik törədir. 90 faizdən çox yayılan A virusudur. Xəstələr və xüsusilə də uşaqlar arasında xəstəlik daha çox yayılıb. Adətən 5 yaşa qədər olan uşaqların əksəriyyəti bu virusa yoluxur. Uşaqların su tutumu az olduğuna görə, xəstəlik azyaşlılarda diareya və qusma törətdiyi üçün onlarda qıcolmalar, ciddi fəsadlar ortaya çıxa bilər. Azyaşlılarda xəstəlik başlayan andan diqqət etmək lazımdır. Çünki hər bir məhsuldan qıcıqlanma, ürəkbulanma, qusma, ishal, gözyaşının axması və qarında burmalar nəticəsində virus özünü göstərir. Bu halda uşağı yataq rejiminə keçirərək regidiron vermək lazımdır. Xəstəlik təxminən 10 gün davam edir. Virusa yoluxmamaq üçün xəstələrlə ünsiyyətdə olmaq olmaz”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tuskdan Zelenskiyə: Siz tək deyilsiniz!
18:20 15.10.2026
Dünya
Səidə Mirziyoyeva Ərdoğanla görüşdü
17:50 15.10.2026
Gündəm
Paşinyan sülh sazişini bilərəkdən uzadır - ŞƏRH
17:36 15.10.2026
Gündəm
Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
17:19 15.10.2026
Region
Kobaxidze Ermənistana səfər edib
17:13 15.10.2026
Gündəm
Onlar Mətbuat Şurasından gedir
17:07 15.10.2026
Media
Azərbaycan-Türkiyə qardaşlığını heç kim poza bilməz - TƏHLİL
16:42 15.10.2026
Gündəm
DTX tərəfindən saxlanılan Saleh Səmədova hökm oxunub
16:17 15.10.2026
Hadisə
3+3 formatında növbəti görüş Azərbaycanda keçirilə bilər
16:03 15.10.2026
Gündəm
İlham Əliyev Hakan Fidanı qəbul etdi
15:50 15.10.2026
Gündəm
Fransa yenə də Ermənistanın arxasındadır - Politoloq
15:29 15.10.2026
Gündəm
"Novaya Qazeta" qəzetinin baş redaktorunun evində axtarış aparılır
14:39 15.10.2026
Dünya