
AQTA-ya ÇAĞIRIŞ:"Marketlərdə yodlaşdırılmamış duz satılır” – Xəstəlik saçır!
Yusif Nəzərli
12:58 14.02.2023
Sağlamlıq
1298
“Mağazalarda ciddi monitorinq aparılsın. Gömrük orqanlarına tapşırıq verilsin”
“Yodsuz duzun Azərbaycana idxalı qanunun 8.3 maddəsinə görə qadağan olunduğu üçün heç bir aldadıcı reklamlara inanmasınlar”
“Azərbaycanda uzun müddət yod çatışmazlığı xəstəliyi mövcud olub. 2001-ci ilin 27 dekabrında "Yod çatışmazlığı xəstəliklərinin kütləvi profilaktikası məqsədi ilə duzun yodlaşdırılması haqqında qanun" qəbul edilib.
Qanunun 8.3 maddəsinə qeyd olunur ki, yodlaşdırılmamış duzun qida və yem məqsədləri ilə istehsalı, satışı və Azərbaycan Respublikasında idxalı qadağandır".
Bunu "Sherg.az"a açıqlamasında Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov deyib.
Onun sözlərinə görə, qanunun həyata keçirilməsi üçün AİB bir neçə layihə icra edib:
"BMT-nin duz üzrə eksperti professor Gerasimov ilə dəfələrlə gecə Masazır gölünün rəngini dəyişməsini izləmişik. Rayonlarda ailələr səviyyəsində monitorinqlər aparmışıq. Nəhayət, qanunun həyata keçirilməsində müvəffəqiyyətlər əldə olunub.
Vaxtilə bazarda cəmi 15 faiz yodlaşdırılmış duz olduğu halda, hazırda 85 faizdir.

Duzun yodlaşdırılmasın dair standart da mövcuddur. Həmin standarta əsasən, 1 kiloqram duzun tərkibində 40 milliqram yod olmalıdır. Üstəlik yodlaşdırılmış duzun yararlılıq müddəti 1 ildən artıq deyil. Çünki 1 ildən sonra yod duzun tərkibindən uçur. Yodlaşdırılmış duz qaranlıq yerdə, saxlanılmalıdır. İsti yox, nisbətən soyuq xörəyə tökülməlidir".
E.Hüseynovun qənaətincə, istehsalçı "S S Brothers” şirkəti yodlaşdırılmış duzun yararlılıq vaxtını 1 ildən artıq qoyub:
"Güman ki, yodun miqdarı duzun tərkibində deyilən standartlara uyğun olmayıb. Ona görə də, Azərbaycaqn Qida Təhlükəsizliyi Agentliyi ( AQTA ) haqlı olaraq qarşısını alıb. AQTA-dan xahiş edirəm ki, boynunu çevirib marketlərə də baxsın. Marketlərdə 15 faizdən yuxarı yodlaşdırılmamış duz satılır. Müxtəlif ölkələrdən gətirilir. 1 kiloqramının qiyməti 10 manat duzlar da var. Dəniz duzu, zəngiləşdirilmiş duz adı altlnda satılır. Azərbaycana bir çox ölkələrdən duz idxal edilir, o vümlədən, İran və Ukraynadan və s. Duz bazarında liberal azad bazar şəraiti olarsa, duzun qiyməti də aşağı düşər. Pakistandan duz idxal edən şəxs duzun tərkibindəki yodun miqdarı yerində yoxlasın.
Əhalinin yodlu duzu tanıması o qədər asan deyil. Yod duzun tərkibində qoxu vermir. Sadəcə etiketinə baxmaq lazımdır. Duzu yodlaşdırmayan bəzi şirkətlər yalandan üzərinə "yodlu duz" yazır. Bəlkə də, yod vurmur, yaxud normadan aşağı olur”.
E.Hüsyenov çağırış edib: “Mağazalarda ciddi monitorinq aparılsın. Gömrük orqanlarına tapşırıq verilsin. Yodsuz duzun Azərbaycana idxalı qanunun 8.3 maddəsinə görə qadağan olunduğu üçün heç bir aldadıcı reklamlara inanmasınlar. Duzun tərkibini xüsusi testlərlə yoxlayırlar. AİB-də, gigiyena, həmçinin gömrük orqanlarında həmin testdən var. 30 saniyəyə müəyyən etmək mümkündür. Yodun miqdarı da standartlara uyğunlaşdırılmalıdır".
Qeyd edək ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin məlumatına görə, xaricdən Azərbaycana gətirilən 22 ton xörək duzunda nöqsanlar aşkarlanıb.“Inovax General Trading” MMC-nin Pakistandan idxal etdiyi “S S Brothers” şirkətinin istehsalı olan, ümumi çəkisi 22,29 ton xörək duzu məhsuluna (10.10.2022-31.12.2024 istehsal və son istifadə tarixli) agentliyin müfəttişlərinin keçirdiyi baxış zamanı götürülən nümunələrin müayinələri nəticəsində məhsul partiyasında yodun miqdarının normadan aşağı olduğu müəyyənləşib. Aşkar edilmiş faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi
1698-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi
17:44 18.10.2026
Dünya
Sumoçumuz Bakıda keçirilən dünya çempionatında qızıl medal qazanıb
17:28 18.10.2026
İdman
Zelenski: ABŞ kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib
17:13 18.10.2026
Dünya
Bu ölkədə etirazlar: Baş nazir Rusiya və İranı ittiham etdi
16:40 18.10.2026
Dünya
“Sabah” – “Borussiya Dortmund” matçının hakimləri bəlli olub
16:14 18.10.2026
Futbol
Makron xalqa müraciət edəcək
15:56 18.10.2026
Gündəm
Müdafiə naziri: Ukrayna müharibədə heç vaxt qalib gələ bilməyəcək
15:37 18.10.2026
Dünya