
Azərbaycanın dərman bazarında biabırçı vəziyyətdir
Yusif Nəzərli
07:10 25.01.2023
Sağlamlıq
604
Texniki şərtlərə cavab verməyən dərman preparatlarının apteklərdə satılması istisna deyil
Adil Qeybulla həkim məsləhəti olmadan aptekdən öskürək əleyhinə hər hansı bir sirop alıb uşağa içirtməyi yolverilməz sayır
Keyfiyyətsiz öskürək dərmanı dünyanın üç ölkəsində 300-ə yaxın insanın ölümünə səbəb olub. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, son 4 ayda tərkibində zəhərli maddələr - dietilen qlikol və etilen qlikol olan uşaq öskürək siropları ən azı 7 ölkədə reseptsiz satılıb. Qurbanların əksəriyyəti beş yaşından kiçik uşaqlardır. Faciə ilə əlaqədar ÜST üç ölkəyə - Qambiya, İndoneziya və Özbəkistana qlobal sağlamlıq xəbərdarlığı edib.
Təşkilat təchizat zəncirində maraqlı tərəfləri təcili tədbirlər görməyə çağırıb.
Xatırladaq ki, bir müddət əvvəl Səmərqənddə 18 uşaq kəskin respirator infeksiyalara qarşı dərman preparatı – etilen qlikol aşkarlandığı üçün dünyasını dəyişib. ÜST bütün 194 üzv ölkəyə xəbərdarlıq göndərərək təhlükəli dərmanların apteklərdən çıxarılmasını tələb edib.

Tibb elmləri doktoru, professor Adil Qeybulla “Şərq”ə açıqlamasında bildirib ki, etilen qlikoldan daha çox avtomobil sənayesində antifriz kimi istifadə olunur. Bu preparatlardan dərman əlavəsi kimi istifadənin qadağan olduğunu vurğulayan professor deyib ki, dərman əlavələri müalicə əhəmiyyətli deyil. Dərmanlara dad və rəng vermək, onu stabilləşdirmək üçün istifadə olunur:
“Rəsmi məlumata görə, bizdə etilen qlikol tərkibli preparatlar qeydiyyatdan keçməyib. Amma Azərbaycanın dərman bazarında biabırçı vəziyyət hökm sürdüyü üçün texniki şərtlərə cavab verməyən dərman preparatlarının apteklərdə satılması istisna deyil. Mütləq bu istiqamətdə araşdırmalar aparılmalı və ölkədə satılan öskürək əleyhinə siropların tərkibi yoxlanılmalıdır. Hər hansı bir siropun tərkibində etilen qlikolun aşkarlanması cinayət məsuliyyəti yaradır. Dərman təhlükəsizliyi konsepsiyası milli təhlükəsizlik konsepsiyasının tərkib hissəsi kimi qəbul edilməli və məsələ birbaşa dövlətin nəzarətində olmalıdır. Dərmanlar ölkəmizə kommersiya şirkətləri tərəfindən idxal edilsə də, dövlət onlardan ciddi məsuliyyət tələb etməlidir. Azərbaycanda istifadəsinə icazə verilən dərman preparatlarının hər birinin istehsal edildiyi ölkə, firması, tərkibi mütləq şəkildə qeyd olunmalıdır”.
A.Qeybulla həmçinin həkim məsləhəti olmadan aptekdən öskürək əleyhinə hər hansı bir sirop alıb uşağa içirtməyin yolverilməz olduğunu xatırladıb: “İlk növbədə öskürəyin yaranma səbəbini tapıb ona uyğun müalicə yazılmalıdır. Xüsusən də öskürək əleyhinə nəzərdə tutulmuş siropları uşaqlara verməzdən öncə mütləq həkimlə məsləhət edilməlidir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp Nurməhəmmədov və Mahaçevə Ağ Evdə vəzifə təklif edib
02:36 08.11.2026
Dünya
Sumqayıtda yeniyetmə dəm qazından zəhərlənib
01:34 08.11.2026
Hadisə
Deputatın həyat yoldaşı vəfat etdi
01:04 08.11.2026
Hadisə
8 noyabrda intensiv YAĞIŞ YAĞACAQ
01:02 08.11.2026
Ekologiya
Bu gün Azərbaycanda Zəfər Günüdür
00:18 08.11.2026
Gündəm
Şuşanın işğaldan azad olunmasından 6 il ötür
00:04 08.11.2026
Gündəm
Ərdoğan ABŞ Prezidenti Trampla telefonla danışıb
22:55 07.11.2026
Gündəm
Adı üç dəfə dəyişdirilən Azərbaycan kəndi: Haqqıxlıdan qalan izlər
22:33 07.11.2026
Ölkə
Türkiyə Prezidenti sabah Azərbaycana gələcək
22:24 07.11.2026
Gündəm
Ərdoğan Trampla regional məsələləri müzakirə etdi
22:09 07.11.2026
Gündəm
Polşanın Krakov şəhərində atışma - 5 ölü, 10 yaralı var - YENİLƏNDİ
21:43 07.11.2026
Dünya
6 ildir Zəfərin Qüruru ilə yaşayırıq - VİDEO
21:38 07.11.2026
Gündəm
İsmail Balaban və İlayda Şekerin ikinci övladı dünyaya gəldi
21:30 07.11.2026
Şou
Fransada etiraz aksiyası: Dronlar, helikopterlər cəlb olundu
21:06 07.11.2026
Dünya
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi
20:40 07.11.2026
Gündəm