İnsan vaxtlı-vaxtında müayinə olunmadıqda, bu, daşın böyüməsinə şərait yaradır
Böyrək daşı olanların DİQQƏTİNƏ! - Uroloqdan MƏSLƏHƏT
06:24 29.08.2023
Sağlamlıq
887
Böyrək daşı olanlar hərəkətli həyat tərzi yaşamalıdır
İnsan vaxtlı-vaxtında müayinə olunmadıqda, bu, daşın böyüməsinə şərait yaradır
İnsan vaxtlı-vaxtında müayinə olunmadıqda, bu, daşın böyüməsinə şərait yaradır
Urolitiyaz (urolitiyaz, nefrolitiaz) daş böyrəkdə olarsa və sidiyin sərbəst axmasına mane olmursa, asemptomatik ola bilər.
"Publika.az"ın xəbərinə görə, bu barədə rusiyalı uroloq Andrey Smernitski məlumat verib. "Daş böyrəkdə hərəkət etməyə başlayanda və ya sidik kanalına - böyrəkləri və sidik kisəsini birləşdirən boruya köçəndə canlı simptomlar müşahidə olunur. Sidik axarında ilişib qalan daş sidik axınına mane ola və böyrək kolikasına səbəb ola bilər. Böyrək kolikası qarın, qasıq və cinsiyyət orqanında şüalanma (ağrının yayılması) ilə bel nahiyəsində intensiv paroksismal ağrı kimi özünü göstərən təcili vəziyyətdir. Renal kolik ürəkbulanma, təkrar qusma ilə müşayiət olunur. Kəskin ağrılı, tez-tez sidik ifrazı, sidikdə qan qarışığı olur. Qan təzyiqi yüksəlir", - Andrey Smernitski deyib.
Həkimin sözlərinə görə, bu, təcili tibbi yardım tələb edən son dərəcə təhlükəli bir vəziyyətdir. Uroloq xəbərdarlıq edib ki, böyrək kolikasında ağrılara dözmək olmaz, çünki bu, ağırlaşmaların inkişafı üçün təhlükəlidir.
Uroloq Pərviz Mürsəlov isə qeyd edir ki, insan böyrək daşı xəstəliyi risk qrupuna aiddirsə, ildə 1-2 dəfə müayinə olunmalı və hərəkətli həyat tərzi yaşamalıdır:
" Böyrəkdə əmələ gələn daşlar ilkin mərhələdə heç bir ağrı vermir. İnsan vaxtlı-vaxtında müayinə olunmadıqda, bu, daşın böyüməsinə şərait yaradır. Yaxud da daş böyümədən sidik axarına düşür və dözülməz ağrı ilə insanı təcili şəkildə həkimə müraciət etməyə vadar edir. Əgər böyrəkdəki daş böyüyüb sidik axarına düşə bilməyəcək ölçüyə çatırsa, bu halda böyrəyin daxilini zədələyir və əlavə olaraq iltihabi prosesə səbəb olur. İltihabi proses də öz növbəsində yenidən daşın böyüməsinə zəmin yaradır. Beləliklə, qüsurlu dövran yaranır, daş böyüdükcə iltihab sürətlənir, iltihab sürətləndikcə, daşın böyüməsinə şərait yaranır".
Uroloqun sözlərinə görə, daş xəstəliyinin yaranması günümüzdə tam olaraq bilinməsə də, bir çox genetik səbəblər, anadangəlmə xəstəliklər, qidalanma və maye qəbulu alışqanlığı, coğrafi ərazi, iqlim, irq, peşə kimi faktorların rol oynadığı qəbul edilib. Xüsusilə yetərli miqdarda maye qəbul edilməməsi, cox miqdarda duz istifadəsi, heyvan mənşəli zülalın çox qəbulu, isti mühitdə yaşamaq və işləmək, sidik yolu infeksiyası, bəzi metabolik və genetik xəstəliklər, böyrək anomaliyaları səbəb olur: “Böyrək daşının yaranmasında əsas səbəblər düzgün qidalanmama və kifayət qədər maye qəbul etməməkdir. Daş əmələ gəlməsində sidik yolu infeksiyaları, böyrəkdə olan struktur dəyişikliyi, bəzi dərmanlar və genetik faktorlar da təsir göstərə bilər. Böyrək daşı heç bir əlamət vermədən təsadüfən aşkar oluna bilər. Daş sidik yollarına düşdüyü zaman çox şiddətli tutmaşəkilli, sancışəkilli ağrı verə bilir. Ağrı böyrək bel nahiyəsində, qasıq nahiyəsinə yayılan tipdə olur. Ağrıdan başqa ürəkbulanma, qusma, sidik ifrazı zamanı yanma, göynəmə, sidikdə qan olması, sidiyə çıxma problemləridir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron radikal etirazçıları həbslə hədələdi
22:54 17.10.2026
Dünya
İran və Pakistan arasında sərhəd keçidləri müvəqqəti dayandırılıb
22:32 17.10.2026
Dünya
Keniyada Ebola virusuna yoluxanların sayı 7-yə çatıb
21:35 17.10.2026
Dünya
“Qarabağ” “Neftçi” matçı bərabərliklə yekunlaşdı
21:18 17.10.2026
Futbol
ABŞ prezidenti Moskvanın mövqeyindən çıxış edir -ŞƏRH
21:00 17.10.2026
Aktual
"Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi
20:46 17.10.2026
Şou
İranda güclü partlayış
20:32 17.10.2026
Region
Gəncədə Kukla Teatrının mühafizəçisi bıçaqlandı
20:18 17.10.2026
Hadisə
Devid Bekhem FIFA prezidenti postuna namizəd ola bilər
19:34 17.10.2026
Futbol
Azərbaycanda nə qədər qızıl istehsal olunub?
19:02 17.10.2026
İqtisadiyyat
“Qəbələ”nin baş məşqçisi: Bunlar komandanın səhvləridir
18:34 17.10.2026
Futbol
Fransada etiraz aksiyaları davam edir
18:23 17.10.2026
Dünya
Türkiyə ordusu daha 80 ANKA-3 sifariş verdi
17:53 17.10.2026
Aktual
Türkiyə və İran XİN başçıları Bağdadda görüşdü
17:08 17.10.2026
Gündəm
Füzuli Şəhəri Günü qeyd olunub
16:26 17.10.2026
Sosial
Ronaldu yeni biznes qurur: 10 milyon avro sərmayə qoyub
15:57 17.10.2026
Maraqlı